ALLAHIN İzni İlə axır ki, Microsoft Certified Trainer(MCT) sertifikatını əldə etdim

Jul 30 2013 Published by under Xəbərlər

Dostlar, çoxdandır ki, Microsoft Certified Trainer(MCT) sertifikatına qatılıb, əldə etmək istəyirdim.Son ildə bunu qərarlaşdırsam da amma bəzi səbəblərdən alınmırdı.

Bu imtahan ilin müəyyən vaxtlarında açıldığına görə həmişə bir problem çıxırdı.Nəhayət ki, 2013-cü ilin İyun ayının 20`si Türkiyənin İstanbul şəhərində bu imtahana qatıldım.

ALLAHIN İzni İlə axır ki, Microsoft Certified Trainer(MCT) sertifikatını əldə etdim, İnşAllah!

Comments are off for this post

Haqqımda

Jan 25 2011 Published by under Haqqımda

Əlaqə üçün e`mail: frhd.info@gmail.com

Hərbi xidmətdən qayıtdıqdan sonra fikirləşdim ki, əgər IT sahəsi məni belə çox cəlb edirsə, gərək mən bu sahə ilə ciddi məşğul olmağa başlayım.Çox fikirləşdim, götür-qoy etdim, araşdırdım və axırda qərara aldım ki, System Administrator olmaq istiqamətində irəliləyim.Bunun üçün ilk öncə Microsoft imtahanlarına hazırlaşmağı qərara aldım.Bu işdə mənə doğru yolu göstərən və kömək edən Şərifov Ruslan müəllimə təşəkkür edirəm.İlk bir neçə Microsoft imtahanına daxil oldum və yüksək nəticə ilə keçdim.”Sertifikatlarım” bölməsində aldığım sertifikatları və statusları görə bilərsiniz.Hal-hazırda bu istiqamətdə digər sertifikatları, statusları, eyni zamanda geniş bilgi əldə etmək üçün təhsilimi davam etdirirəm.Bu şəxsi vveb səhifəni açmaqda məqsədim isə texnologiya xəbərlərini, texnologiya məqalələrini ( xüsusilə system administration istiqamətində ), əl işlərimi və.s sizlərlə bölüşməkdir.Ən əsas məqsədim isə Azərbaycan dilində resursun olmasıdır.Ümid edirəm ki, bu sahədə biliyi olanlar da dərsliklərini burada bölüşəcəklər.Düşünürəm ki, özüm haqqımda kifayət qədər məlumat verdim.Ümumiyyətlə, əldə etdiyim hər şeyə görə ALLAH`a Şükürlər Olsun!

Comments are off for this post