DHCP Failover sazlanması

Oct 30 2017 Published by under Məqalələr

DHCP Failover sazlanması

Salam! Bu məqaləmizdə sizlə DHCP-nin yüksək əlçatanlığı haqqında danışacağıq. Bildiyimiz kimi hal-hazırda hamı çalışır ki, bütün sistemlərin yüksək əlçatanlığı olsun. DHCP də bizim üçün önəmli sistemlərdən biridir. Belə ki, şəbəkəyə qoşulan cihazlar DHCP-dən IP alırlar və kiralama müddəti çatdıq da IP-ni yeniləyirlər. Əgər, DHCP-də problem olarsa, yenilənmə olmayacaq və cihazlar DHCP-dən IP ala bilməyəcəklər. Bununla da əlaqədar mühitimizdə bir çox problemlər olacaq. DHCP-nin əl çatanlığı üçün bir neçə versiya var. Amma biz Windows Server 2012 R2 üzərində gələn DHCP Failover funksionallığından danışacağıq. İlk öncə mühitimiz haqqında məlumat vermək istərdim:

  1. Server (DC+DNS+DHCP) – DC01
  2. Server (DHCP) – DHCP02

DHCP-nin necə qurulub, sazlandığı haqqında yazmayacağam.  Birbaşa DHCP Failover mövzusuna toxunacağam.

Birinci DHCP serverdə sazlamalar artıq hazırdır.

davamını oxu »

Comments are off for this post