Active Directory Trust və Migration (1-ci hissə)

Mar 09 2015 Published by under Məqalələr

Active Directory Trust və Migration (1-ci hissə)

Salam Dostlar, bu məqaləmiz bir neçə hissədən ibarət olacaq. Ümumiyyətlə, bu məqalələrdə iki müxtəlif forestdə yerləşən domainlər arasında etibarlı əlaqə(trust) quracağıq, bundan sonra isə digər forestdə yerləşən istifadəçiləri başqa forestə köçürdəcəyik. Bu LAB üçün aşağıdakıları hazırlamışam:

Forest 1:

  • course.local  192.168.1.0/24   | Windows Server 2012
  • ADMT üçün server  192.168.1.0/24 | Windows Server 2008 R2

Forest 2:

  • training.local  10.10.100.0/24 | Windows Server 2012

Burada Forest 1 hədəf domain sayılır, Forest 2 isə mənbə domain sayılır.

Qısa olaraq Active Directory Trust nədir, ona aydınlıq gətirək. Nəzərinizə çatdırmaq istərdim ki, bu məqalədə mən Forest Trust haqqında yazacağam. Əslində Trust-ın bir çox növləri var, amma biz iki fərqli forestin bir-birinə etibar etməsini istəyiriksə, bu zaman forest trust istifadə edirik. Əgər, iki forest arasında trust qurmuşuqsa, bu zaman hər iki forestdə yerləşən istifadəçiləri də onlara aid olmayan forestdə istifadə etmək olar. Nümunə üçün belə bir şey fikirləşək. Forest 1 də yerləşən qovluğa Forest 2 də yerləşən istifadəçi üçün icazə verə bilərik və bundan başqa bir çox hal üçün istifadə etmək olar.

davamını oxu »

Comments are off for this post

Active Directory Database`in köçürülməsi | Fərhad KƏRİMOV

Feb 17 2011 Published by under Məqalələr

Active Directory Database`in köçürülməsi

Bu məqaləmizdə biz Active Directory Database`nin və Log`larının köçürülməsini həyata keçirdəcəyik.Active Directory qaldırılan zaman default olaraq database və log`lar “%systemroot%\NTDS”  yoluna saxlanılır.Bəzən ola bilər ki, biz bunları hansısa səbəbdən yerini dəyişək.Çalışacağıq ki, bu məqaləmizdə biz bu köçürməni həyata keçirdək.Bunun üçün ilk öncə serverimizi restar edirik və F8 düyməsinə sıxırıq.Açılan menyudan Directory Service Restore Mode seçirik.

Daha sonra qarşımıza çıxan pəncərədə Administrator loginimizi və Active Directory qaldırarkən, təyin etdiyimiz Restore Mode şifrəsini daxil edirik. davamını oxu »

Comments are off for this post