Azərbaycan Memarlıq və İnşaat Üniversitetində seminar

Dec 06 2016

Bu yaxınlarda Azərbaycan Memarlıq və İnşaat Üniversitetində “IT-də istiqamət seçimi və Beynalxalq Sertifikatlar” mövzusunda seminar verdik. Seminardan bir neçə şəkli sizlə bölüşürük.

Bu seminar eyni zamanda mətbuatda da işıqlandırıldı.

Interpress- Seminar

1479975732_3 1479975746_4 1479975758_10

Rəy göndərə bilməzsiniz, çünki bağlıdır

KB3163622 və GPO

Dec 06 2016

KB3163622 və GPO

Salam Dostlar, bu məqaləmizdə sizə KB3163622 update-i yükləndikdən sonra baş verən bəzi dəyişikliklərdən danışacağıq. Belə ki, əgər, bu update-i siz kompüterə yükləmisinizsə, bu zaman sizin kompüterdə bəzi dəyişikliklər olacaq. Qısa olaraq desək, bu update-in məqsədi əsasən domain controller və hədəf kompüter arasında olan nəqliyyatın MiTM (man-in-the-middle) hücumdan qorunmasıdır. Update yüklənibsə, bu zaman siz kompüterə GPO tətbiq edən zaman Security Filtering bölümündən Authenticated Users seçirsinizsə, heç bir problem olmayacaq. Çünki Domain UsersDomain Computers Authenticated Users qrupunun daxilindədir. Deyəlim, siz qərar verdiniz ki, GPO-nu hər kəsə deyil, ancaq müəyyən istifadəçilərə tətbiq etmək istəyirsiniz. Bu zaman Security Filtering-dən istədiyiniz istifadəçini əlavə edirsiniz və eyni zamanda Delegation bölümündən Domain Computers əlavə edib, Read icazəsi verirsiniz. Bundan sonra sizin yazdığınız GPO tətbiq olunacaq.

Rəy göndərə bilməzsiniz, çünki bağlıdır

Nano Server nədir və qurulması

Oct 28 2016

Nano Server nədir və qurulması

Salam Dostlar, bildiyiniz kimi bu yaxınlarda Microsoft şirkəti yeni server əməliyyat sistemi olan Windows Server 2016-nı təqdim etdi. Windows Server 2016 ilə bir çox yeniliklər gəldi. Bu yeniliklərdən ən önəmlilərindən biri Nano Serverdir. İlk öncə istərdim ki, Nano Serverin nə olduğu haqqında məlumat alaq, daha sonra isə qurulumuna başlayaq. Nano Server əsasən bulud texnologiyasına hədəf olaraq düzəldilib. Windows Server Core 2016-ya bənzəsə də əslində ondan çox fərqlənir. Gəlin bu fərqlərə baxaq:

Nano Server 93% daha kiçik VHD sahibdir.

92% daha az kritik təhlükəsizlik açığı var.

80% daha az yenidən başlatma tələb edir.

Yuxarıdakılarla yanaşı Nano Serverdə GUI yoxdur və “local logon” olmaq mümkün deyil.

Ancaq 64 bit tətbiqləri, alətləri və agentləri dəstəkləyir.

Nano Server Active Directory kimi fəaliyyət göstərə bilməz.

Group Policy-ni dəstəkləmir.

System Center Configuration Manager və System Center Data Protection Manager dəstəkləmir.

 

Dəyərli dostlar, onu bildirmək istəyirəm ki, hal-hazırda Nano Server qurulum vaxtı seçim kimi verilmir. Bunu sonradan müxtəlif üsullarla qururuq. Yuxarıda sadalanan fərqlər technet.microsoft.com internet səhifəsindən götürülmüşdür. Nano Serveri qurmaq üçün Microsoft tərəfindən rəsmi alət təqdim olunub. Bizdə bu aləti istifadə edəcəyik. Amma bu aləti istifadə etmək üçün bir neçə tələblər var. Aşağıda bunları təqdim edirik. Qeyd olunan keçidlərə keçib, onları yükləyə bilərsiniz:

YÜKLƏ: Windows ADK

YÜKLƏ: Nano Server Image Builder

Nano Server İmage Builder-in qurulmasını yazmıram. Adi yüklənmə qaydası ilə davam edirik. Önəmli olan budur ki, tələb olunanları əvvəlcədən kompüterə yükləyin. Hər bir şey hazır olduqdan sonra Nano Server İmage Builder-i açırıq.

1

davamını oxu »

Rəy göndərə bilməzsiniz, çünki bağlıdır

Active Directory Topology Diagrammer

Mar 20 2016

Active Directory Topology Diagrammer

Salam Dostlar, bu məqaləmizdə Microsoft şirkətinin bizə pulsuz təqdim etdiyi Active Directory Topology Diagrammer haqqında danışacağıq. Active Directory Topology Diagrammer LDAP-ı istifadə edərək Active Directory tənzimləmələrini oxuyub Visio diaqramı halına salır. Eyni zamanda DFS Replikasiyası, Exchange və.s haqqında da məlumat  əldə etmək olar. Əgər, bu diaqramlar üzərində dəyişiklik etmək istəyiriksə, Visio istifadə etməliyik. Yox, ancaq bu diaqramlara baxmaq istəyiriksə, bu zaman Visio Viewer istifadə etmək olar. Yükləmə keçidlərini aşağıda verirəm:

Active Directory Topology Diagrammer

Visio Viewer

Active Directory Topology Diagrammer yüklədikdən sonra açırıq. Bu zaman aşağıdakı pəncərə ilə qarşılaşırıq:

1

davamını oxu »

Rəy göndərə bilməzsiniz, çünki bağlıdır

GPO ilə W32TIME yenidən başlatmadan DST-ni söndürmək

Mar 19 2016

GPO ilə W32TIME yenidən başlatmadan DST-ni söndürmək

Salam Dostlar, bildiyiniz kimi Azərbaycan Respublikasında saatlar irəli və ya geri çəkilməyəcək. Bildiyimiz kimi bizim server və ya istifadəçi əməliyyatları sistemlərində isə default olaraq DST aktiv vəziyyətdə olur. Biz artıq DST istifadə etmiyəcəyimizə görə bunu söndürməliyik ki, 27.03.2016 tarixində saatlarımız irəli keçməsin. Həmkarlarım bir neçə həllər paylaşıb. Bunlardan ən geniş yayılmışı .reg faylını serverə yazmaq və ya server üzərində üzərində özün söndürmək. Amma nəzərə almalıyıq ki, bu əməliyyatı etdikdən sonra biz gərək W32TIME servisini mütləq yenidən başladaq. Düşünsək ki, bizim mühitdə 2-3 ədəd server yox, daha çox server var, bu zaman bizə daha optimal həll yolu lazımdır. Bu məqalədə çalışacam ki, sizə bu problem həll etməkdə köməkçi olum. İlk öncə qeyd etmək istərdim ki, bu yolla siz həm Windows Server 2012 R2 həm də Windows 8.1 əməliyyat sistemləri üzərində DST-ni söndürə bilərsiniz. Praktik olaraq sınaqdan keçirilmişdir. Əvvəlki variantda səhv etmirəmsə, server və istifadəçi əməliyyatı sistemləri üçün ayrı-ayrı .reg faylı lazım idi. Biz isə .reg faylı ilə deyil, bu əməliyyatı .bat skripti ilə həyata keçirdəcəyik.

Bu .bat skriptinə görə həmkarım Rəşad Sultanov-a təşəkkür edirəm!

Biz bir GPO yazacağıq və bununla da həm server həm də istifadəçi əməliyyatı sistemlərində DST söndürmüş olacağıq. Qısa olaraq bu məqalədə nələri edəcəyimiz haqqında məlumat verim. İlk öncə Task Scheduler düzəldib, .bat skriptimizi burada istifadə edirik. Daha sonra Task Scheduler işə düşüb, .bat skriptini hərəkətə gətiri və bunun nəticəsində DST sönür. Artıq bundan sonra düzəltdiyimiz Task Scheduler-i silə bilərik. İndi bu addımlara daha izahlı şəkildə baxaq.

davamını oxu »

Rəy göndərə bilməzsiniz, çünki bağlıdır

« Yeni göndərilənlər Əvvəl göndərilənlər »