DİQQƏT!

DİQQƏT!Siz də öz video dərslərinizi və məqalələrinizi göndərə bilərsiniz!

Əziz dostlar, siz də öz video dərslərinizi və məqalələrinizi göndərə bilərsiniz.Ancaq bunun üçün bir neçə şərt var.

Video dərslər:

İlk öncə video dərslər haqqında demək istəyirəm ki, video dərslər sizin tərəfinizdən yazılmalıdır.Video`nun içərisində sizin adınız və familyanız qeyd olunmalıdır, sizin e`mail adresiniz yazılmalıdır və eyni zamanda www.FRHD.info internet səhifəsinin də adresi qeyd olunmalıdır.Bunları harada qeyd edə biləcəyiniz haqqında nümunə üçün mənim düzəltdiyim videoları izləyə bilərsiniz.Bundan başqa sizin tərəfinizdən hazırlanan videolar Azərbaycan türkçəsində olmalıdır.Bununla yanaşı danışıqlarınız aydın və anlaşılır olmalıdır.Videolar YouTube`a upload edilməlidir və linki göstərəcəyim e`mail`ə göndərilməlidir.

Məqalələr:

Biz bunlara məqalələr deyirik, əslində hər bir məqalə bir dərslikdir.Məqalə yazılarkən Azərbaycan əlifbasına uyğun və düzgün yazılmalıdır.Əgər məqalənin tərkibində şəkillər varsa, mütləq bu şəkillərin üzərinə aşağıdakı watermark`ı tətbiq etməlisiniz.

Bu watermark`ı istifadə etmək üçün üzərinə mouse`un sağ düyməsini sıxıb, yaddaşa verməlisiniz.Daha sonra Adobe Photoshop proqramında bu watermark`ı  açırıq və EDITèDefine Pattern yolunu izləyirik, qarşımıza çıxan pəncərədə OK düyməsinə sıxırıq.İndi isə məqalədə istifadə edəcəyimiz şəkli Adobe Photoshop proqramında açırıq və CTRL+SHIFT+N düymələrinə sıxıb, qarşımıza çıxan pəncərədə OK düyməsinə sıxırıq.Daha sonra isə SHIFT+F5 düymələrinə sıxırıq qarşımıza aşağıdakı kimi pəncərə çıxır.

Burada

USE:Pattern

Custom Pattern: bölməsində isə biraz əvvəl bu internet səhifədən götürdüyümüz www.FRHD.info watermark`ı seçirik, sonra OK düyməsinə sıxırıq.İndi isə bu şəkli istifadə edə bilmək üçün yaddaşa verməliyik.Bunun üçün CTRL+SHIFT+S düymələrinə sıxırıq və qarşımıza çıxan pəncərədə FORMAT bölməsindən şəkilimiz üçün .PNG ya da .JPEG formatını təyin edib, SAVE düyməsinə sıxırıq.Sizdə aşağıdakı kimi şəkil alınmalıdır.

Daha sonra isə bu şəkilləri məqalənizdə istifadə edə bilərsiniz.Eyni zamanda məqalə Microsoft Word proqramında yazılmalıdır və bütün məqalənin mətni, şəkillərlə birgə Microsoft Word proqramında olmalıdır.Bundan əlavə şəkillər hər hansı şəkil upload saytına upload olunmalıdır və oradakı link hansı şəkilə aiddirsə Microsoft Word proqramında yerləşdirilmiş həmin şəklin altında yazılmalıdır.Aşağıdakı nümunəyə baxa bilərsiniz.

Məqalənin sonunda isə adınız və familyanız mütləq qeyd edilməlidir.

Videolarınızın linkini və məqalələrinizi aşağıdakı e`mail ünvanına göndərə bilərsiniz.

E`mail: frhd.info@gmail.com

Hörmətlə, Fərhad KƏRİMOV | www.FRHD.info |