Archive for the 'Məqalələr' category

Windows Server 2016 Domain Controller snapshot nədir?

Aug 29 2017 Published by under Məqalələr

Windows Server 2016 Domain Controller snapshot nədir?

Bugün  Domain Controller-də snapshot haqqında danışacağıq. Snapshot ilə biz DC-nin anlıq görüntüsünü götürə bilərik, bundan sonra offline şəkildə bu snapshotdan istifadə edib, silinmiş obyektlərə baxa bilərik və ya geri qaytara bilərik. Eyni zamanda bu snapshotdan obyektlərin dəyərlərini də görə bilərsiniz. İndi isə bu funksionallığın tətbiqinə keçək.

Mənim mövcud Active Directory mühitimdə aşağıdakı istifadəçilər var.

İndi isə snapshot götürməyə başlayaq. İlk öncə “ntdsutil” əmrini powershell-də daxil edirik.

davamını oxu »

Comments are off for this post

Microsoft Azure VM nədir?

Feb 13 2017 Published by under Məqalələr

Microsoft Azure VM nədir?

Azure VM-ləri Azure-un təklif etdiyi xidmətlərdən biridir. Bildiyimiz kimi Microsoft Azure-un VM-i əvəz edən bir çox xidmətləri var. Bu zaman belə bir sual ortaya çıxır ki, niyə Azure VM seçək? Bəzi hallarda bizə mühit üzərində daha çox idarəetmə lazım olur. Ona görə də biz Azure VM seçib, istifadə edirik. Bu zaman bizə server avadanlığı almağa ehtiyac yoxdur. Ancaq biz bu VM üzərində yenilənmə apara bilirik, eyni zamanda istədiyimiz proqram təminatlarını və.s bura yükləyə bilirik.

Daxildə server qurarkən necə ki, bəzi şeyləri nəzərə alırıq, bulud üzərində də VM qurarkən bir neçə şeyi nəzərə almalıyıq.

davamını oxu »

Comments are off for this post

Windows Server 2016 yenilikləri

Jan 06 2017 Published by under Məqalələr

Windows Server 2016 yenilikləri

 

Aşağıda bir neçə Windows Server 2016 yenilikləri ilə sizi tanış edəcəyik:

Nano Server: Nano Server Windows Server 2016 ilə gələn yeni yüklənmə tipidir. Burada nə qrafik nə də əmrlər pəncərəsi var. Hətta Server Core-dan da aşağı texniki göstərici tələbləri var.

Windows Server containers and Hyper-V containers: Konteynerlər proqramlarınızın əməliyyat sistemindən təcrid olunmasını təmin edir. Windows konteynerlər bir-birindən təcrid olur, amma eyni əməliyyat sistemini istifadə edirlər. Ancaq Hyper-V konteynerlər virtual maşın daxilində yerləşir və virtual maşın səviyyəsində bir-birindən təcrid olunurlar.

Docker: Docker konteynerləri idarə etmək üçün istifadə olunan texnologiyadır. Eyni zamanda Docker həm Linux, həm də Windows Server 2016 Windows konteynerləri və Hyper-V konteynerləri ilə uyğundur.

davamını oxu »

Comments are off for this post

Azure App Servis nədir?

Dec 30 2016 Published by under Məqalələr

Azure App Servis nədir?

App Servis Microsoft Azure-un təklif etdiyi PaaS xidmətidir. Burada hər hansı platforma üçün veb və mobil app-lar düzəltmək olur. Düzəltdiyiniz app-ları isə SaaS həllərlə, daxili mühitlə bütünləşdiririk. Burada bizim tanış olduğumuz veb və mobil app-lar əvvəl Azure Websites və Azure Mobile servis olaraq adlanırdı. App Servis özündə aşağıdakıları birləşdirir:

Web Apps – website və veb app-lar

Mobile Apps – mobil app-lar

API Apps – RESTful APİ-lar

Logic Apps – biznes prosesləri avtomatlaşdırmaq və kod yazmadan bulud üzərində sistemləri bütünləşdirmək

davamını oxu »

Comments are off for this post

KB3163622 və GPO

Dec 06 2016 Published by under Məqalələr

KB3163622 və GPO

Salam Dostlar, bu məqaləmizdə sizə KB3163622 update-i yükləndikdən sonra baş verən bəzi dəyişikliklərdən danışacağıq. Belə ki, əgər, bu update-i siz kompüterə yükləmisinizsə, bu zaman sizin kompüterdə bəzi dəyişikliklər olacaq. Qısa olaraq desək, bu update-in məqsədi əsasən domain controller və hədəf kompüter arasında olan nəqliyyatın MiTM (man-in-the-middle) hücumdan qorunmasıdır. Update yüklənibsə, bu zaman siz kompüterə GPO tətbiq edən zaman Security Filtering bölümündən Authenticated Users seçirsinizsə, heç bir problem olmayacaq. Çünki Domain UsersDomain Computers Authenticated Users qrupunun daxilindədir. Deyəlim, siz qərar verdiniz ki, GPO-nu hər kəsə deyil, ancaq müəyyən istifadəçilərə tətbiq etmək istəyirsiniz. Bu zaman Security Filtering-dən istədiyiniz istifadəçini əlavə edirsiniz və eyni zamanda Delegation bölümündən Domain Computers əlavə edib, Read icazəsi verirsiniz. Bundan sonra sizin yazdığınız GPO tətbiq olunacaq.

Comments are off for this post

Older posts »