Delegate Control tətbiq etmək

Apr 15 2018 Dərc etdi, , bax Məqalələr

Delegate Control tətbiq etmək

Salam Dostlar! Bu məqaləmizdə şirkətlərdə geniş istifadə olunan bəzi istifadəçilərə domain mühitində müyyən hüquqları verməyi öyrənəcəyik. Nümunə üçün belə bir senari fikirləşək. Hər hansı bir şirkətdə texniki xidmətdə çalışan əməkdaşlar var. Biz istəyirik ki, texniki xidmətdə çalışan əməkdaşlara hüquq verək ki, onlar öz istifadəçi adları ilə digər istifadəçilərin hesablarının şifrəsini sıfırlaya bilsinlər. Bunun üçün biz delegate control istifadə edəcəyik. Delegate control icazələrini istifadəçilərə yox, qrup şəklində tətbiq edəcəm. Bunun üçün “helpdesk” adında qrup düzəldib, bura istifadəçiləri üzv edəcəm. Bir şeyi də bilməyimizdə fayda var ki, delegate control icazələri organizational units tətbiq edilir.

İndi isə delegate control-u hansı organizational units-ə tətbiq etmək istəyiriksə, həmin organizational units üzərinə gəlib, delegate control seçirik.

Açılan pəncərə ilə irəliləyirik.

Novbəti pəncərədə isə hansı istifadəçi və ya qrupa hüquqları vermək istəyiriksə, bu pəncərədə əlavə edirik.

Sonra isə hansı hüquqları vermək istəyiriksə, onları siyahıdan seçirik. Yuxarı hissədə hazır icazələr gəlir. Aşağıdakı hissəni seçərək isə daha ətraflı icazələr təyin edə bilərik.

Server tərəfdə lazımı əməliyyatları etdik. İndi isə Remote Server Administration Tools yükləyib, hüquq verdiyimiz istifadəçinin daxil olacağı kompüterə yükləyirik. Bizim nümunəmizdə bu istifadəçi Nadir Kərimzadədir. Sonra Control Panel-ə daxil olub, “Turn Windows features on or off” seçib, şəkildəki hissələri işarə edirik.

Daha sonra isə Control Panel-dən “Administrative Tools” daxil oluruq.

Buradan isə “Active Directory Users and Computers” konsolunu açıb, Delegate Control tətbiq etdiyimiz organizational units içərisində yerləşən hər hansı istifadəçinin şifrəsini sıfırlamağı sınaqdan keçirdək.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Yazar: rhad KƏRİMOV | MCTS, MCITP, MCP, MCSA, CCNA, MCT, VCP, EMCISA, MVP

Bura rəy göndərə bilmərsiniz, rəylər bağlıdır