DHCP-nin Windows Server 2012-dən Windows Server 2016-ya miqrasiyası

Mar 25 2018 Dərc etdi, , bax Məqalələr

DHCP-nin Windows Server 2012-dən Windows Server 2016-ya miqrasiyası

Salam Dostlar! Bu məqaləmizdə DHCP-nin Windows Server 2012-dən Windows Server 2016-ya miqrasiyasını həyata keçirdəcəyik. Hal-hazırdakı mühitimizdə DHCP Windows Server 2012 üzərindədir.

Yuxarıdakı şəkildə də gördüyünüz kimi bir scope-muz var. Bu scope-u olduğu kimi Windows Server 2016 üzərinə keçirtmək üçün bir neçə əmrdən istifadə edəcəyik.

Bu əmri CMD üzərində yazırıq: netsh dhcp server export c:\dhcpbackup.txt all

Əmrimizin uğurla başa çatdığını həm CMD üzərində görə bilirik, həm də konfiqurasiyanın “C” diskində olub, olmadığını yoxlayırıq.

İndi isə Windows Server 2016 üzərində DHCP-ni yükləyirik. Amma heç bir sazlama aparmırıq.

Daha sonra Windows Server 2012-də export etdiyimiz faylı Windows Server 2016 üzərinə köçürdürük.

İndi isə bu əmri yazaraq, Windows Server 2012 üzərində olan sazlamaların Windows Server 2016 üzərinə köçürtməyə çalışırıq.

netsh dhcp server import c:\dhcpbackup.txt all

Əmrin uğurla başa çatdığını görürük.

Windows Server 2016 üzərində DHCP-ni yoxlayıb bütün saxlamaların bura köçdüyünə əmin oluruq.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCP, MCSA, CCNA, MCT, VCP, EMCISA, MVP

Bura rəy göndərə bilmərsiniz, rəylər bağlıdır