Microsoft Azure VM nədir?

Feb 13 2017 Dərc etdi, , bax Məqalələr

Microsoft Azure VM nədir?

Azure VM-ləri Azure-un təklif etdiyi xidmətlərdən biridir. Bildiyimiz kimi Microsoft Azure-un VM-i əvəz edən bir çox xidmətləri var. Bu zaman belə bir sual ortaya çıxır ki, niyə Azure VM seçək? Bəzi hallarda bizə mühit üzərində daha çox idarəetmə lazım olur. Ona görə də biz Azure VM seçib, istifadə edirik. Bu zaman bizə server avadanlığı almağa ehtiyac yoxdur. Ancaq biz bu VM üzərində yenilənmə apara bilirik, eyni zamanda istədiyimiz proqram təminatlarını və.s bura yükləyə bilirik.

Daxildə server qurarkən necə ki, bəzi şeyləri nəzərə alırıq, bulud üzərində də VM qurarkən bir neçə şeyi nəzərə almalıyıq.

  • ehtiyatların harada saxlanıldığı
  • VM-in ölçüsü
  • nə qədər VM düzəldiləcək
  • VM üzərində hansı əməliyyat sistemi olacaq
  • VM başladıqdan sonrakı ayarlar
  • VM-in işi üçün aidyyatı olan tələbatlar/məlumatlar

Virtual maşının adı ilə əməliyyat sisteminin adı eyni və fərqli ola bilər. Əgər, virtual maşını Azure üzərində düzəldiriksə, bu zaman hər ikisi eyni olur. Özümüz düzəltdiyimiz virtual maşını Azure üzərinə daşıyırıqsa, bu zaman virtual maşının adı ilə əməliyyat sisteminin adı fərqli olur. Amma istəsək sonradan bunları dəyişib eyni edə bilərik.

Azure üzərində düzəltdiyimiz hər bir şey bir neçə coğrafi bölgə üzərində paylanır. Coğrafi bölgələrlə aşağıdakı şəkildə tanış ola bilərsiniz:

Qeyd: 12.02.2017 tarixində dünya üzərində 32 coğrafi bölgə var.

 

Biz Azure üzərində VM düzəldərkən təyinatından asılı olaraq virtual maşının ölçüsünü təyin edirik. A, D, G, və.s seriyadan asılı olaraq virtual maşının göstəriciləri də dəyişir. Bu mövzuya burada ətraflı toxunmuram, çünki daha sonra bu mövzu haqqında ayrıca məqaləmiz olacaq.

Ümd edirəm ki, Azure üzərində olan virtual maşınlar haqqında az da olsa məlumat verə bildim.

Növbəti məqalələrimizdə virtual maşınlar haqqında daha ətraflı danışacağıq.

Mənbə: Microsoft Documents

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCP, MCSA, CCNA, MCT, VCP, EMCISA, MVP

 

 

Bura rəy göndərə bilmərsiniz, rəylər bağlıdır