Windows Server 2016 yenilikləri

Jan 06 2017 Dərc etdi, , bax Məqalələr

Windows Server 2016 yenilikləri

 

Aşağıda bir neçə Windows Server 2016 yenilikləri ilə sizi tanış edəcəyik:

Nano Server: Nano Server Windows Server 2016 ilə gələn yeni yüklənmə tipidir. Burada nə qrafik nə də əmrlər pəncərəsi var. Hətta Server Core-dan da aşağı texniki göstərici tələbləri var.

Windows Server containers and Hyper-V containers: Konteynerlər proqramlarınızın əməliyyat sistemindən təcrid olunmasını təmin edir. Windows konteynerlər bir-birindən təcrid olur, amma eyni əməliyyat sistemini istifadə edirlər. Ancaq Hyper-V konteynerlər virtual maşın daxilində yerləşir və virtual maşın səviyyəsində bir-birindən təcrid olunurlar.

Docker: Docker konteynerləri idarə etmək üçün istifadə olunan texnologiyadır. Eyni zamanda Docker həm Linux, həm də Windows Server 2016 Windows konteynerləri və Hyper-V konteynerləri ilə uyğundur.

Rolling upgrades for Hyper-V and storage clusters: Bu yenilik bizə imkan verir ki, Windows Server 2016-ni mövcud Windows Server 2012 R2 cluster-na qoşaq. Bundan sonra isə cluster Windows Server 2012 R2 funksional səviyyəsində işləməyə davam edəcək.

Virtual yaddaşın və şəbəkə adapterinin isti əlavə olunub, çıxarılması: Bu funksionallıq bizə icazə verir ki, Hyper-V daxilində olan virtual maşınlar işləyə-işləyə onlara virtual yaddaş və şəbəkə adapterini əlavə edə bilək və eyni zamanda silə bilək.

Nested virtualization: Bu funksionallıq bizə imkan verir ki, virtual maşın daxilində Hyper-V virtual maşın işlədə bilək.

Shielded virtual machines: Virtual maşınların shield ilə qorunması icazə hüququ olmayan şəxslərin virtual maşına girişini qadağan edir.

PowerShell Direct: Bu funksionallıq ilə biz PowerShell əmrlərini bir başa virtual maşına ötürə bilirik.

Storage Spaces Direct: Bununla biz cluster-da olan serverlərə bir başa disk bağlayaraq, yüksək dayanaqlıq əldə edə bilirik.

Storage Replica: Bu xüsusiyyət ilə biz volume-ları blok səviyyəsində sinxron və asinxron olaraq replikasiya edə bilirik.

Windows Server 2016 ilə bir çox yeniliklər gəlib. Amma biz sizlə ən çox gözə çarpan funksionallıqları bölüşməyə çalışdıq.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCP, MCSA, CCNA, MCT, VCP, EMCISA, MVP

Mənbə: Microsoft nəşrləri

Bura rəy göndərə bilmərsiniz, rəylər bağlıdır