Azure App Servis nədir?

Dec 30 2016 Dərc etdi, , bax Məqalələr

Azure App Servis nədir?

App Servis Microsoft Azure-un təklif etdiyi PaaS xidmətidir. Burada hər hansı platforma üçün veb və mobil app-lar düzəltmək olur. Düzəltdiyiniz app-ları isə SaaS həllərlə, daxili mühitlə bütünləşdiririk. Burada bizim tanış olduğumuz veb və mobil app-lar əvvəl Azure Websites və Azure Mobile servis olaraq adlanırdı. App Servis özündə aşağıdakıları birləşdirir:

Web Apps – website və veb app-lar

Mobile Apps – mobil app-lar

API Apps – RESTful APİ-lar

Logic Apps – biznes prosesləri avtomatlaşdırmaq və kod yazmadan bulud üzərində sistemləri bütünləşdirmək

azure-app-services

 

Biz App Servisləri istifadə edərkən, eyni zamanda orada bizə təklif edilən planları seçə bilirik.

Hal-hazırda 5 plan təklif edilir:

Free

Shared

Basic

Standart

Premium

Hər hansı planı seçsək belə, sonradan istəyimizə uyğun olaraq dəyişə bilərik.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCP, MCSA, CCNA, MCT, VCP, EMCISA, MVP

Bura rəy göndərə bilmərsiniz, rəylər bağlıdır