Sistem administratoru: “Müəyyən mərhələyə çatandan sonra pul özü səni tapır”

Dec 25 2013 Dərc etdi, , bax Xəbərlər

PRESSFRUM.AZ saytına verdiyim müsahibədən:

Fərhad Kərimov Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 26 yaşı var. AZFEN B.M. müəssisəsində sistem administratorudur. Yeniyetmə dövründən informasiya texnologiyaları (İT) sahəsinə maraq göstərib. İndi işlədiyi sahə üzrə müəllimlik də edir, kadr yetişdirir. Fərhad Kərimov həm xaricdə, həm də ölkədə Microsoft və Cisco-nun imtahanlarını verib, 18 beynəlxalq sertifikat alıb, Microsoft-un beynəlxalq müəllim statusuna yiyələnib. MCT adlanan bu imtahan Türkiyədə, Rusiyada, Dubayda verilir.

– Əvvəlcə internet klubu işlətdim. Bir müddət “HelpDesk” və sistem administratorunun köməkçisi kimi çalışdım. Daha sonra bu sahəyə ciddi yanaşmağa başladım.

– İmtahanlardan necə, sırf təcrübənin hesabına keçə bildiniz?

– İmtahanlara ciddi hazırlaşırdım. Hər zaman mütaliə edirəm. Ölkə universitetlərinin çoxunda verilən təhsil müasir tələblərlə ayaqlaşmır. İndi özüm də İT üzrə dərslər keçirəm. Azərbaycanda çox az adamda Microsoft üzrə beynəlxalq müəllim statusu var. Ümumiyyətlə, universitetlərdə tam olaraq sistem administratoru istiqaməti yoxdur. İT fakültələrində əsasən proqramlaşdırma öyrədirlər.

Universiteti bu ixtisas üzrə bitirən bir çox tələbəm var. İT-də sistem, şəbəkə administratoru, proqramlaşdırma, veb proqramlaşdırma və digər istiqamətlər var. Bizdə ixtisaslar özləri istiqamətlərə, yollara bölünməyib. Ona görə hər kəs özü daim işləməli, aidiyyəti ədəbiyyatı mütaliə etməlidir. Universitet bazası ilə nə isə əldə etmək çox çətindir.

– Yəni bu gün ölkədə sistem administratoru ali təhsil hesabına deyil, özünün əldə etdiyi bilgilər hesabına ixtisas əldə edir?

Müsahibəni tam formada oxumaq üçün bu keçidi ziyarət edin: PRESSFORUM.AZ

Elektron Jurnal üçün: PRESSFORUM.AZ

Bura rəy göndərə bilmərsiniz, rəylər bağlıdır