STARTER GPO`lara rəy yazmaq

Jul 25 2013 Dərc etdi, , bax Məqalələr

STARTER GPO`lara rəy yazmaq

Salam Dostlar, əvvəlki məqalələrimizdə GPO haqqında müxtəlif məlumatlar almışıq. Bu məqaləmizdə isə STARTER GPO`lara necə rəy bildirə bilərik ki, işimiz rahat olsun. Bizdən sonra gələn Sistem İnzibatçısı olsun və ya bizlə işləyən olsun, bunların işi daha da asanlaşır. Çünki baxınca bilir ki, hansı GPO nə üçündür? Bunun üçün ilk öncə Group Policy Management açırıq. Sonra istədiyimiz STARTER GPO üzərinə gəlib, mouse`un sağ düyməsini sıxıb, EDİT seçirik.

Daha sonra isə bizi Group Policy Starter GPO Editor adlı pəncərə qarşılayır. Burada GPO`nun üzərinə gəlib, Properties`ə daxil oluruq.

Daha sonra isə kiçik pəncərə açılıq. Burada COMMENT TAB`ına keçirik. Bu GPO haqqında məlumatı bura yazacağıq ki, sonra istifadə zamanı işimiz rahat olsun.

Sonra OK düyməsinə sıxaraq, təsdiq edirik.

Daha sonra Group Policy Management pəncərəsinə gəlirik və burada rəy əlavə etdiyimiz STARTER GPO üzərinə gəlib, rəyimizin görsənib, görsənmədiyini yoxlamaq istəyirik.

Gördüyünüz kimi əlavə etdiyimiz rəy artıq görsənir. Bundan sonra STARTER GPO`larımızı ayırmaq daha rahat olacaq.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCT

Bura rəy göndərə bilmərsiniz, rəylər bağlıdır