STARTER GPO CABINET FILE`ları

Jul 27 2013 Dərc etdi, , bax Məqalələr

STARTER GPO CABINET FILE`ları

Salam Dostlar, bu məqaləmizdə STARTER GPO`ların digər bir xüsusiyyətini istifadə etməyi öyrənəcəyik. Bildiyiniz kimi STARTER GPO`lar bizim işimizi yüngülləşdirmək üçün istifadə olunur. STARTER GPO`lar haqqında ətraflı məlumat almaq üçün bu məqaləni oxuyun: Windows Server 2012 Starter GPO

Biz düzəltdiyimiz STARTER GPO`ları eyni forest daxilində və yaxud başqa bir forestdə də istifadə edə bilərik. Təbii ki, bunun üçün ilk öncə bunu “cabinet file”(.CAB) şəklinə salmaq lazımdır. Bu məqaləmizdə bunu necə edirik, onu öyrənəcəyik. İlk öncə Group Policy Management Console açırıq və burada STARTER GPOs bölməsinə keçirik.

1

Daha sonra hansı STARTER GPO`nu .CAB faylı kimi saxlamaq istəyiriksə, həmin STARTER GPO`nu seçib, aşağıdan “SAVE AS CABINET” düyməsinə sıxırıq.

2

Sonra bu GPO`ya istəyimizə görə bir ad verib, müəyyən bir yer seçirik ki, orada saxlanılsın.

3

Gördüyünüz kimi artıq .CAB faylı kimi yaddaşa yazıldı.

4

İndi düşünəlim ki, bu STARTER GPO`nu başqa bir domaində istifadə etmək istəyirik. Gördüyünüz kimi hal-hazırda bizdə biraz öncə yaddaşa verdiyimiz STARTER GPO yoxdur.

5

Bura tətbiq etmək istədiyimizə görə yuxarıdakı pəncərədə aşağıda yerləşən “LOAD CABINET” düyməsini sıxırıq.

6

Buradan isə “BROWSE FOR CAB” düyməsinə sıxıb bizə lazım olan .CAB faylını seçirik.

7

8

Yuxarıdakı pəncərədə əgər, istərsək “VIEW SETTINGS” düyməsinə sıxıb, GPO`da olan dəyişikliklər haqqında da məlumat ala bilərik.

Daha sonra “OK” düyməsinə sıxırıq.

9

Gördüyünüz kimi hal-hazırda bizə lazım olan GPO artıq siyahıdadır.

Bu məqalədə yazılanları izləyərək, istədyiniz STARTER GPO`nu bir domaindən digər domainə və yaxud bir forestdən digər forestə köçürdə bilərsiniz.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCT

Bura rəy göndərə bilmərsiniz, rəylər bağlıdır