Windows Server 2012 Starter GPO

Apr 09 2013 Dərc etdi, , bax Məqalələr

Windows Server 2012 Starter GPO

Dostlar, bu məqaləmizdə Starter GPO haqqında danışacağıq.Starter GPO Windows Server 2008 ilə gələn xüsusiyyətdir.Biz bu məqaləmizdə Windows Server 2012 üzərində göstərməyə çalışacağıq.Starter GPO ilə hazır GPO`lar düzəldirik.Yəni ki, hazır şablonlarımız olur.Starter GPO`nun başqa bir üstünlüyü isə onun export və import edilə bilməsidir.Ancaq bir şeyi nəzərdə saxlamaq lazımdır ki, burada Computer və User Configuration altında ancaq Administrative Templates olur.Yalnız bu bölmədə dəyişiklik etmək olar.İndi isə buna nümunələr üzərində baxaq.İlk öncə GPMC açırıq.

Yuxarıdakı şəkildə gördüyünüz kimi “Starter GPO” bölməsinə gəlib, mouse`un sağ düyməsini sıxıb, “NEW” seçirik.

Daha sonra yuxarıdakı kimi pəncərə açılır.Burada Starter GPO`nu adlandırmalıyıq.Eyni zamanda “Comment” bölməsində bu Starter GPO hara üçün istifadə olunacaq, onun haqqında qısa məlumat yazırıq.Bundan sonra “OK” düyməsinə sıxırıq.

Sonra sağ tərəfdə siyahıda bütün Starter GPO`ları görürük.Bizə lazım olan Starter GPO`nı seçib, mouse`un sağ düyməsini sıxırıq və “EDİT” seçirik.

Gördüyünüz kimi “Group Policy Starter GPO Editor” pəncərəsi açılır.Əgər, diqqət edərsiniz, özünüzdə şahidi oldunuz ki, burada ancaq Administrative Templates bölməsi var və ancaq bu bölmə üzərində dəyişiklik edə bilərik.Məqalənin əvvəlində biz Starter GPO`ların export və import edilə bilməsi haqqında da qeyd etmişdik.

Şəkildən gördüyünüz kimi export və import etmək üçün “Load Cabinet” və “Save as Cabinet” düymələrini istifadə edirik.Bu məqaləmizdə çalışdıq ki, sizə Starter GPO haqqında məlumat verək və ondan necə istifadə etmək lazımdır ona göstərməyə çalışaq.

Fikrimcə, yararlı məqalə olacaq.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCSA: Windows Server 2012


Bura rəy göndərə bilmərsiniz, rəylər bağlıdır