NAMAZ

May 04 2011 Dərc etdi, , bax İSLAM

NAMAZ

Namaz- Allahın(c.c) əmridir, ibadətlərin ən vacibidir.

Namaz- Dinin sütunu, dinin qidasıdır.

Namaz- Cənnətin və hər xeyirin açarıdır.

Namaz- Möminlərin meracıdır, Ərş-Əlaya yüksəlməkdi.

Namaz- Ən böyük dindarlıq ölçüsüdür.

Namaz- İnsanı Cəhənnəmdən, bütün pisliklərdən qoruyur.

Namaz- Allah-təala ilə söhbət etməkdir.

Namaz- İslamın binasıdır, təməlsiz bina olmadığı kimi, namazsız iman da olmaz.

Namaz- Əməllərin ən fəzilətlisidir.

Namaz- Allahın(c.c) qiyamətdə ilk sorğu-sualıdır.

Namaz- İnsanı qəbrə qorxusuz, cəzasız, rahat aparan bələdçidir.

Namaz- İnsana qida, ömür, səhman, dinclik şəfadır.

Namaz- İnsana əbədi yoldaş, əbədi səadətdir.

Namaz- İnsana doğru, qısa, asan təhlükəsiz yoldur.

Namaz- İnsana ucalıq, hörmət-izzətdir.

Namaz- Silahdır, şər qüvvəni qovan, yaralayıb-parçalayan, məhv edən səssiz möcüzəli silahdır.

Namaz- İnsanı öz nuruna qərq edib, bürüyüb-gizlədən, bütün təhlükələrdən qoruyub, xilas edən gözətçi məmurdur.

Namaz- Bədənin bütün orqanizminin səcdə halına razılıq təşəkkürünü Allaha(c.c) bildirməkdir.

Namaz- İldırım sürətilə göyləri yara-yara, bəndənin yalvarış sədasını asimana kökləyən, təcili əks-sədadır.

Namaz- İnsanı daima Allahın(c.c) hüzurunda edir, cəhənnəmdən, qəflətdən, günahdan mühafizə edir.

Namaz- Əmanət ehtiyatıdır, asimanda əmanət saxlanılır. Qəbr-məhşər, sorğu-sual çətin gündə namazın savabı hərənin özünə verilir.

Namaz- İmanın-Möminin nurudur, hər bir müsəlmanın evində qıldığı namaz evinin nurudur. Hər bir müsəlmanın dünya həyatında gördüyü ən qiymətli, ən dəyərli işi namaz qılmaqdır.


Göndərdi: Elnur Bağırov

Bura rəy göndərə bilmərsiniz, rəylər bağlıdır