Windows Server 2008 trial`ın vaxtını uzatmaq

Jan 29 2011 Dərc etdi, , bax Məqalələr

Bildiyimiz kimi Windows Server 2008`in trial versiyasını 60 gün istifadə edə bilirik.Ancaq bizim sizə göstərəcəyimiz yolla siz bu müddəti 3 dəfə 60 gün olmaqla uzada bilərsiniz.Bu zaman 60+3×60 olacaq.Yəni 240 gün istifadə edə biləcəksiniz.İndi isə RUN`a gəlib CMD yazıb, ENTER düyməsinə sıxaq.Açılan pəncərəyə “slmgr.vbs –dli” komandasını yazıb ENTER düyməsinə sıxaq, bir neçə saniyə sonra qarşımıza kiçik pəncərə çıxacaq.Buradan trial versiyamızın nə qədər ömrü qaldığını öyrənə bilərik.Aşağıda qırmızı ilə işarə etdiyim yer.Mənim trial versiyamız 51 gün ömrü qalıb.

İndi bu müddəti uzadaq.Bunun üçün Command Prompt`dab u “slmgr.vbs –rearm” komandasını yazıb, ENTER düyməsinə sıxaq.Qarşımıza kiçik pəncərə çıxacaq və bizdən kompüterimizi yenidən başlatmağımızı istəyəcək.

Artıq Windows Server 2008`imizin ömrü uzandı.İndi bunu bir daha yoxlayaq.Bunun üçün RUN`a gəlib CMD yazıb, ENTER düyməsinə sıxaq.Açılan pəncərəyə “slmgr.vbs –dli” komandasını yazıb ENTER düyməsinə sıxaq, bir neçə saniyə sonra qarşımıza kiçik pəncərə çıxacaq.Buradan trial versiyamızın ömrünün uzandığını görə bilərsiniz.

Nəzərinizə çatdırım ki, həyata keçirdiyimiz bu proses qanunidir vəMicrosoft tərəfindən təsdiqlənir.Eyni zamanda Microsoft tərəfindən uyğun olan səhifələrdə yayınlanmışdır.

Növbəti məqalələr də görüşənə qədər.

Bu məqalə www.FRHD.info saytı üçün yazılmışdır.

Yazar:Fərhad KƏRİMOV

Bura rəy göndərə bilmərsiniz, rəylər bağlıdır