Ata və oğullar

Jan 29 2011 Dərc etdi, , bax İSLAM

Ata və oğullar

Ata oğullarının onun var-dövləti üstündə mübahisə etdiyini görüb günlərin biri onları bir araya toplayaraq deyir: ”  Mən öləndə köhnə corablarımla birlikdə basdırarsınız”.

Aylar illər keçir, ata ölüm yatağına düşür və bir neçə gündən sonra dünyasını dəyişir.

Övladları atalarının son vəsiyyətini yerinə yetirmək üçün köhnə corablarını ayağına taxmaq istəyirlər.  Lakin qazı buna icazə verməyib şəri qayda-qanunlara zidd olduğunu bildirir.  Nəhayət, qoca kəfənlənib vəsiyyəti yerinə yetirilmədən dəfn olunur. Dəfn mərasimi qurtardıqdan sonra övladları evə qayıdarkən qonşuları onlara atalarından  qalan belə bir məktub verir:

“Övladlarım gördünüz ki, özümlə qəbr evinə köhnə corablarımı belə apara bilmədim.  Ağlınızı başınıza toplayın və bilin ki, bu dünyadan o biri dünyaya heç bir şey aparılmır, göndərilir. O da sizin saleh əməllərinizdir”.

Bura rəy göndərə bilmərsiniz, rəylər bağlıdır